Sputnik-in “Report” a istinadən verdiyi məlumata görə, Albany Tibb Kollecində tədqiqat aparan alimlər tərəfindən imza atılan araşdırmanın nəticələri “Journal of Experimental Medicine” nda dərc olunub.

Məqalədə qeyd olunur ki, ikinci qrupun anadangəlmə limfoid hüceyrələri (ILC2s) beyin qocalmasına qarşı mübarizə apara bilər.

Bu hüceyrələr bədənin müəyyən toxumalarında yerləşir və bərpası proseslərində iştirak edirlər, lakin alimlərin dediklərinə görə, mərkəzi sinir sistemindəki ILC2s hüceyrələrinin yayılması və onların yaşlanmasına təsiri məlum deyildi.

Qocalarda Cavanlara Görə 5 Qat Artıqdır

Gənc və yaşlı siçanların beyinlərini tədqiq edən tədqiqatçılar, yaş artdıqca İLC2 hüceyrələrinin serebrospinal maye istehsal edən damar pleksusunda toplandığını tapdılar. Bu pleksus, idrak proseslərində əsas rol oynayan hipokampusun yanında yerləşir.

Yaşlı siçanlarda damar pleksusundakı ILC2 hüceyrələrinin sayı gənclərə nisbətən 5 dəfə çox olmuşdur. Eyni bölgədə çox yaşlı ILC2 hüceyrələri yaşlı insanlarda da tapıldı.

Yaşlı siçanlarda ILC2s hüceyrələri “yuxu” vəziyyətində idi, lakin elm adamları Interleukin 33 (IL-33) sitokinin sayəsində onları aktivləşdirə bildilər. Bundan sonra hüceyrələr neyron meydana gəlməsini stimullaşdıran və ömrünü uzadan zülallar istehsal etməyə başladılar. Nəticədə yaşlı siçanların bir sıra bilişsel test nəticələrində irəliləyişlər qeyd edildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here